Səhiyyə Nazirliyi: "Son günlər Bakıda yeni infeksiya yayılıb"

2022-08-31 16:25:00

Səhiyyə Nazirliyi:

Səhiyyə Nazirliyi son günlər əhali arasında yayılan virusun adını açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu gün Bakıda insanlar arasında daha çox rast gəlinən ishal, qusma, qarın ağrısı və yüksək temperatur kimi simptomlar heç də qida zəhərlənməsi halı deyil: "Bu kimi şikayətlərlə bizə müraciət edənlərin heç də hamısını müayinədən keçirə bilmirik, çünki çox vəsait tələb edir. Həmin simptomlar böyük ehtimal virus mənşəli infeksiya olan rotavirusdur. Pasiyentlərə məsləhət görürük ki, bu halda antibiotik terapiyadan uzaq dursunlar. Tövsiyə edirəm ki, sadalağımız hallarda yalnız bol maye qəbul etsinlər, süd məshulu və kofein qəbulunu dayandırsınlar. Çünki həmin infeksiyanın stabilləşməsi təxminən 5-7 gün çəkir. Əgər həmin müddətdən sonra düzəlmə olmasa, onda mütləq şəkildə həkimə müraciət edilsin”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061085