Saat:20:45
Haqqımızda

Səhiyyə Nazirliyi: koronavirus uşaqlar arasında epidemiya halını yaratmayıb

2021-10-20 16:33:00

Səhiyyə Nazirliyi: koronavirus uşaqlar arasında epidemiya halını yaratmayıb

Koronavirusun uşaqlar arasında epidemiya halını aldığını demək olmaz. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19 peyvəndləri" mövzusunda çıxışında deyib.

O bildirib ki, indi məktəblərin açılması ilə bağlı uşaqlar arasına yoluxma arta bilər: “Yoluxma sayı, xüsusilə uşaqların koronavirusa yoluxması müəyyən problemlər yaşatsa da, uşaqlar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”.

Məktəblərin onlayn tədrisə qaytarılması ehtimalı şərh edən Eyvazov bildirib ki, hələ ki, belə hallar bağlanma qərarının verilməsi üçün çox deyil: “Ayrı-ayrı yerlərdə xəstələnmə halları olursa, lokal tədbirlər görülür. Bu məktəblərin bağlanması daimi deyil, 14 gün sonra açılır. Təkcə Azərbaycanda deyil, əksər ölkələrdə belə yanaşma var. Mümkün qədər çalışılır ki, həyat öz axarı ilə davam etsin. İndiki yumşalmalar insanlar üçün yetərlidir”.

Mütəxəssis eyni zamanda qeyd edib ki, yoluxmada artım var və olacaq: “Hər bir vətəndaş üzərinə düşən işi görsə, peyvəndlənmədə iştirak edənlər çox olsa, daha yoluxucu ştamm gəlməsə, demək olar ki, bu xəstəliyin ağır hallarını keçmiş olacağıq və xəstəliyi idarə etmək bacarığımız olacaq. Bu müddəti heç bir bağlanmalara getmədən davam edə bilsək, bizim üçün böyük qələbə olar”.

Onun sözlərinə görə, yoluxma hallarının artmasına ilk səbəb yumşalma tədbirlərinə gedilməsidir: “Həmçinin səbəblərdən biri də kütləviliyin artması və soyuq hava şəraiti ilə əlaqədar qapalı məkanlarda insan çoxluğudur. Ona görə də otağın havasının mütəmadi dəyişdirilməsi mütləqdir. Ofislərdə, iş yerlərində müvafiq qaydalara əməl edilməməsi də yoluxma sayının artımına təsir etmiş olur”.

virtualaz.org

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR