Səhiyyə naziri hamilə turistin ölümündən sonra istefa verdi

2022-08-30 22:57:00

Səhiyyə naziri hamilə turistin ölümündən sonra istefa verdi

Portuqaliyanın səhiyyə naziri hamilə turistin ölümündən sonra istefa verib.

34 yaşlı hindistanlı qadın Lissabon xəstəxanalarına aparılarkən ürəyi dayanıb.

Dr Marta Temido 2018-ci ildən səhiyyə naziri işləyir. Hökumətin bəyanatında deyilir ki, doktor Temidonun "artıq vəzifədə qalmaq üçün şəraiti olmadığını başa düşüb".

Portuqaliyanın baş naziri António Costa, qadının ölümünün doktor Temidonun istefasına səbəb olan "son damla" olduğunu söyləyib.

Yerli media, neonatologiya şöbəsi dolu olduğu üçün hamilə turistin Lissabonun Santa Maria Xəstəxanasından ( Portuqaliyanın ən böyük xəstəxanası) köçürülərkən öldüyünü bildirir. Səlahiyyətlilər onun körpəsinin təcili qeysəriyyə əməliyyatından sonra sağlam doğulduğunu bildirib. Qadının ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Son aylarda Portuqaliyada oxşar hadisələr baş verib. Belə ki, 2 ana bir xəstəxanadan digərinə köçürülərkən uzun gecikmələr səbəbindən övladlarını itirib. \\Manşet


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054113