Şəhidlərimiz harada dəfn olunacaq?

2022-08-05 17:07:00

Şəhidlərimiz harada dəfn olunacaq?

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Tahir Əliyev Ağstafa rayonunda dəfn olunacaq.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu Ağstafa rayon Xətai kənd sakinidir.

Onun nəşi sabah Ağstafa rayon Yenigün kənd qəbristanlığında torpağa tapşırılacaq.

Bundan əlavə, hadisə nəticəsində həlak olan 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu isə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.083942