Saat:08:03
Haqqımızda

“Şəhidlər ölməz, vətən bölünməz” - Hərbçilərimiz Moskva küçələrində-Video

2025-05-06 09:48:18

“Şəhidlər ölməz, vətən bölünməz” - Hərbçilərimiz Moskva küçələrində-Video

Azərbaycan hərbçiləri Moskvada Qələbə Paradının məşqində iştirak ediblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşım edib. 

Kadrlarda Azərbaycan hərbçilərinin Moskvanın mərkəzi küçələrində yürüşü əks olunub. 

Onlar “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndiriblər. 

Xatırladaq ki, mayın 9-da Azərbaycan hərbçiləri Böyük Vətən müharibəsində qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda iştirak edəcəklər. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.224318