Şəhid xanımı vəzifəyə TƏYİN EDİLDİ
2024-05-13 20:25:27
![Şəhid xanımı vəzifəyə TƏYİN EDİLDİ](/frontend/uploads/files/1AjypmYHnK4GMaJ6ZECB.jpg)
Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova təhsil aldığı universitetdə vəzifəyə təyin edilib.
Bu barədə Əzizə Həsənova məlumat verib.
O bildirib ki, Odlar Yurdu Universitetində İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir müavini təyin olunub.
Qeyd: İkinci Qarabağ şəhidi Fariz Həsənov Füzuli rayonunun və onun 8 kəndinin alınması əməliyyatında iştirak edib. 2020-ci il oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da torpağa tapşırılıb. Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. \\Bizimshow.az
![](/frontend/uploads/files_son/QAZ12.jpg)