Şəhid və ürəktutmadan vəfat edən atası dəfn olunur - Video

2022-09-14 10:56:00

Şəhid və ürəktutmadan vəfat edən atası dəfn olunur - Video

Şəhid Vadim Qocayev və övladının şəhid xəbərinə dözməyərək vəfat edən atası Alik Qocayev dəfn olunur. 

Hurriyyet.az xəbər verir ki, V. Qocayevin Azərbaycan bayrağına bükülmüş cənazəsi ilə yanaşı ürəktutmadan vəfat edən atasının da cənazəsi Qobustan rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Vadim Qocayevin atası Alik Qocayev övladının nəşini gətirmək üçün getdiyi Gəncə şəhərində ürəktutmadan dünyasını dəyişib.

Bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.

Qeyd olunur ki, infarkt keçirən şəhid atası hospitala çatdırılsa da, burada dünyasını dəyişib.

1997-ci il təvəllüdlü şəhid Vadim Qocayevin Qobustanın Sündü kəndindən olduğu bildirilir. Vətən Müharibəsi iştirakçısı olan şəhidin bir yaşlı qızı var.

Allah rəhmət eləsin!





yeniavaz.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055585