Şəhid Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir - YENİLƏNİR + FOTO/CANLI YAYIM

Şəhid Şəhriyar Əlibəylinin xatirəsinə ehtiramla yaşadığı bina sakinləri eyvanlardan bayraqlar asıblar.
Hurriyyet.az xəbər verir ki, şəhidin cənazəsi yaxın dəqiqələrdə dəfn üçün yaşadığı evdən çıxarılacaq.
Qeyd edək ki, dəfn mərasimi İkinci Fəxri xiyabanda baş tutacaq
***
Müdafiə Nazirliyinin rəsmiləri şəhid Şəhriyar Əlibəylinin vida mərasiminə gəliblər.
Oxu.Az xəbər verir ki, 1994-cü il təvəllüdlü şəhid Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi davam edir.
09:08
Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlunun nəşi Yasamal rayonunda yaşadığı evə gətirilib.
Hurriyyet.az xəbər verir ki, şəhidlə vida mərasimi yaşadığı evdə keçirilir.
Şəhidimiz İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.
Xatırladaq ki, Ş.Əlibəyli 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.
Qeyd edək ki, ötən gün Ermənistan tərəfinin törətdiyi təxribatlar nəticəsində Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya