Şəhid qardaşı: "Aydınlaşdırdım ki, 6 min ailədaxili məsələlərə görə xərclənib" - Video

2022-09-16 10:13:00

Şəhid qardaşı:

 

Xəbər verdiyimiz kimi, Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunduğunu iddi edib.

Hurriyyet.az xəbər verir ki, S. Əhmədov məsələ ilə bağlı yeni açıqlama verib və qardaşı, şəhid Səbuhi Əhmədovun bankdan kredit kimi götürdüyü sözügedən 6 min manatı ailədaxili məsələlərə xərclədiyini bildirib:

"Sosial şəbəkələrdə yayılmış, Səbuhinin vəzifə dəyişikliyinə görə verdiyi 6 min manat məsələsinə toxunmaq istəyərdim. Araşdırdım, aydınlaşdırdım ki, bunun vəzifə dəyişikliyinə heç bir aidiyyəti yoxdur. Ailədaxili məsələlərə görə xərclənib. Diqqətinizə görə çox sağ olun. Amma bu məsələləri qaldırıb, ailəmizi də, qardaşımın ruhunu da incitməyək".
Qeyd edək ki, ötən gün – sentyabrın 15-də Sənan Əhmədov Müdafiə Nazirliyinə dəvət olunmuş Nazirlik məsələ ilə bağlı araşadırma aparıldığını açıqlamışdı. (yeniavaz)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060294