Saat:01:09
Haqqımızda

Şəhid övladları atalarının məzarı üstündə gördüklərindən heyrətə düşdülər (VİDEO)

2023-06-01 20:11:00

Şəhid övladları atalarının məzarı üstündə gördüklərindən heyrətə düşdülər (VİDEO)

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhid övladları ilə bağlı təsirli video paylaşılıb. 

Hurriyyet.Az xəbər verir ki, bu gün 44 günlük Vətən müharibəsində şəhid olmuş Sadiq Məmmədovun övladları - 7 yaşlı Əsnad Məmmədli və 5 yaşlı Bahar Məmmədli atalarının məzarını ziyarət ediblər. 

Uşaqlar atalarının məzarının üzərində hədiyələrlə qarşılaşıb və bu da onların sevincinə səbəb olub. Şəhidin həyat yoldaşı Mahpəri Məmmədova 1 İyun uşaqlar günü ilə bağlı "Atanız hədiyələri sizin üçün alıb” başlığı ilə video paylaşıb.

Qeyd edək ki, Sadiq Məmmədli 15 avqust 1991-ci ildə Siyəzən şəhərində anadan olub. 1998-ci ildə Siyəzən şəhər 2 saylı tam orta məktəbin birinci sinfinə gedib. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. 

Həmin ilin oktyabr ayında hərbi xidmətə gedib. 2013-cü ildə ailə həyatı qurub. 2 qız övladı var. 2016-cı ildə hərbi silah anbarında mühafizəçi işləyib. 2012-ci ildə SOCAR YDM-da operator işləyib. 2020-ci ildə müddətdən artıq hərbi xidmətə gedib. 4 oktyabr 2020-ci ildə şəhid olub. Siyəzən şəhər ümumi qəbiristanlığında dəfn olunub.

 

 

Qaynarinfo.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR