Saat:19:04
Haqqımızda

Şəhid Orxanla Rza Talıbovu nə bağlayır? – MARAQLI FAKT

2023-01-30 13:14:00

Şəhid Orxanla Rza Talıbovu nə bağlayır? – MARAQLI FAKT

Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı şəhid olan Orxan Əsgərovun yas mərasimində Naxçıvan MR-in keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbovun da iştirak etməsi ictimaiyyətdə maraq doğurub.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, onlar tələbə yoldaşı olublar.

Belə ki, həm Rza Talıbov, həm də Orxan Əsgərov 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr təhsili alıblar.

Onları tanıyan şəxslər də tələbə yoldaşı olduqlarını bildiriblər.

Qeyd edək ki, ötən gün Orxan Əsgərovun Yeni Yasamal qəsəbəsində təşkil olunan yas mərasimində deputatlar, hökumət nümayəndələri də iştirak edib. Onların arasında Naxçıvan MR-in keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov da olub.

Globalinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR