Saat:20:02
Haqqımızda

Şəhid Orxan Əsgərovun dəfnində tanınmışların göz yaşları - VİDEO

2023-01-30 19:48:00

Şəhid Orxan Əsgərovun dəfnində tanınmışların göz yaşları - VİDEO

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərovun bu gün dəfn mərasimi keçirilib.

İkinci Şəhidlər xiyabanında təşkil edilən mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə naziri Zakir Həsənov, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə sənayesi naziri Mədət Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov və digər dövlət rəsmiləri, ictimai şəxslər, şəhidin ailəsi, sadə vətəndaşlar iştirak ediblər. Şəhid Orxan Əsgərovun nəşi Fəxri xiyabana gətirildikdən sonra cənazə namazı qılınıb.

Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq yayılım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra şəhidi son mənzilə yola salmaq üçün ziyarətə gələnlər Orxan Əsgərovun ailə üzvləri ilə görüşüb, onlara başsağlığı veriblər.  baş verən hadisəyə təəssüflərini ifadə edib, üzüntülərini paylaşıblar.

Musavat.com şəhidimizin dəfn mərasimindən video-reportajı təqdim edir:

TV Müsavat

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR