Saat:04:41
Haqqımızda

Şəhid Nurlanın ömrü əbədidir - FOTOLAR

2024-04-15 22:53:20

Şəhid Nurlanın ömrü əbədidir - FOTOLAR

Bu günlərdə Masallı elinin ölümsüzlüyə qovuşan qəhrəmanı, 2016-ci il Aprel döyüşlərin şəhidi,  “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medala layiq görülən  Nurlan Bayram oğlu Əsgərlinin 8-ci ildönümü münasibətilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Rayonun S. Hacıyev adına Viləş kənd tam orta məktəbində keçirilən  tədbirdə  əvvəlcə  ulu öndər Heydər Əliyevin  və Vətənin azadlığı naminə canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Məktəb şagirdlərinin aparıcılığı ilə şəhid Nurlan Əsgərlinin həyat hekayəsi, döyüşdəki şücaəti haqqında ətraflı danışılıb və çıxış üçün söz Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradovaya verilib . O, deyib:- 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq  Azərbaycan və Erməni Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının   hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə - Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlərdən olub. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Vətəninə ürəkdən bağlı olan Nurlan Əsgərli Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə özü ilə eyni rütbədə olan qardaşı, gizir İntiqam Əsgərli ilə birlikdə  vuruşub.  İntiqam kimi qəhrəmanların qanı bahasına  gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad  olunub.

Digər çıxışçılar-  Sosial Xidmətlər Agentliyi Lənkəran-Astara Regional Filialının direktoru Ramin Höccətov, Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Hörmət Balakişiyev, şair Tahir Heydərli  2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalarkən ordumuzun bölmələrinin əks-həmlə ilə təxribatların qarşısını alması, döyüşlərin  Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnməsi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklərin, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunması, bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edilməsini deyiblər.
Daimi rayon rəsmilərinin, sakinlərinin onların yanında olmasının böyük mənəvi dayaq olduğunu, məktəb rəhbərliyinin belə bir tədbirin təşkil etməsinin şagirdlər üçün vətənpərvərlik dərsi olduğunu bildirən  iki şəhid anası Ziba Əsgərli  həm də oğlanları  Nurlan və İntiqam Əsgərlilərin döyüş həyatını, onlarla olan xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Çıxışlardan sonra söz məktəblilərə verilib.  Şagirdlərinin ifasında mahnı, şer və Aprel döyüşlərdən  bəhs edən bədii kompozisiya göstərilib. Həmçinin tədbir iştirakçıları  kənd qəbiristanlığında olub, şəhid Nurlan Əsgərli və digər şəhid məzarlarını ziyarət edib önünə gül dəstələrini qoyublar.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.185483