Saat:03:33
Haqqımızda

Şəhid Elçin Kərimbəyli məzarı başında anıldı - FOTO

2024-04-22 19:15:57

Şəhid Elçin Kərimbəyli məzarı başında anıldı - FOTO

Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Elçin Kərimbəylinin şəhadətə qovuşduğu gün qeyd edilib.

Hurriyyet.az xəbər verir ki, 20 aprel 2024-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhid Elçin Kərimbəyli ziyarət edilib, məzarı başına əklil qoyulub.
Tədbirdə rayonun İcra başçısı Elgin Həbibullayev, Bələdiyyə sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Bahəddin Hüseynov, Vətən Müharibəsi və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Tahir İbrahimov, eləcə şəhid Elçin Kərimbəylinin atası Əli Kərimbəyli, qardaşı Samir Kərimbəyli və s. şəxslər iştirak etmişlər.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Elçin Kərimbəyli 04 avqust 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1998-2007- ci illərdə Nərimanov rayonunda yerləşən "Tərəqqi" Texnki Humanitar Liseyində, 2007-2010-cu illərdə isə Nərimanov rayonunda yerləşən 3 nömrəli Bakı Peşə Liseyinidə təhsil almışdır. 
1 oktyabr 2010-cu il tarixində Nərimanov rayon Hərbi Komissarlığı (indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi) tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. O, hərbi xidmət zamanı bir çox döyüş tapşırıqlarını yerinə yetirmiş, hər zaman əsgər yoldaşları arasında fərqlənmişdir. Xidmətində fərqləndiyinə görə, baş atıcı vəzifəsinə keçirilərək, evlərinə təşəkkür məktubu göndərilmişdir.
20 aprel 2011-ci ildə Elçin Kərimbəyli döyüş postunda növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.
Onu da qeyd edək ki, şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları həmişə Nərimanov Rayon İcra Hakimiyyətinin nəzər və diqqətindədir. Belə ki, şəhid ailələrinə İcra Hakimiyyəti tərəfindən mütəmadi baş çəkilir.

Hurriyyet.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.200635