Saat:14:25
Haqqımızda

Şəhid atası İH-in binasında özünə xəsarət yetirdi - Rəsmi açıqlama

2025-02-20 16:40:33

Şəhid atası İH-in binasında özünə xəsarət yetirdi - Rəsmi açıqlama

Şəhid Elgiz Abbaslının atası Fuad Abbasov Sabirabad Rayon İcra Hakimiyyətinin binasında özünə xəsarət yetirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Axar.az-a şəhid atasının qohumu, jurnalist Razi Abasbəyli bildirib.

Onun sözlərinə görə, insident qəbul məsələsi ilə bağlı yaranan gərginlik səbəbindən baş verib.

Fuad Abbasov hazırda xəstəxanadadır.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 1969-cu il təvəllüdlü şəxs 20 fevral 2025-ci il tarixində saat 11:50 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıb:

"Ona qarnın ön divarının çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam edir. Həkimlərin verdiyi məlumata əsasən, Fuad Abasovun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalar aparılır".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.167116