Şəhid anası tədbir keçirənlərə əsəbiləşdi: Hamınıza ayıb olsun - VİDEO

2023-03-09 12:25:00

Şəhid anası tədbir keçirənlərə əsəbiləşdi: Hamınıza ayıb olsun - VİDEO

Bərdə də şəhid anası tədbir keçirilənləri tənqid edib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

"Hamınıza ayıb olsun. Laçında-Şuşada nə qədər şəhidimiz var. Şəhid analarını başa düşmürsünüz? Çox ayıb olsun. Bizim oğullarınız hesabına burada yaşayırsınız. Utanmırsız? Kim edib bu tədbiri? Bərdədə raket düşəndə heç kim qalmamışdı burada. Amma bizim balalarımız topun-tankın qabağında can verib ki, siz rahat yaşayasınız", - şəhid anası etiraz edib. 

Bərdə İcra Hakimiyətinin başçısının köməkçisi Səbuhi Qasımov anews.az-a bildirib ki, görüntülər Bərdə özəl bir mağazanın açılışına aiddir. 

"Bərdə icra hakimiyyətinin keçirdiyi tədbir deyil. Sadəcə özəl bir şirkətə məxsus mağazanın açılışıdır. Şəhid anası orada çıxış edərək etirazını bildirib", - başçının köməkçisi söyləyib. 


yenisabah.az

 

Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.193274