Şəhid Anar dəfn olunur - Canlı

2022-08-04 11:16:00

Şəhid Anar dəfn olunur - Canlı

Avqustun 3-ü Laçında şəhid olan əsgər Anar Kazımovla vida mərasimi keçirilir.

Hurriyyet.az xəbər verir ki, 18 yaşlı Anar Kazımovun cənazəsi anadan olduğu Şəmkir rayonunun Qaracəmilli kəndinə gətirilib. Şəhidimiz vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, A. Kazımov ötən gün Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində aldığı güllə yarasından şəhid olub.

Şəhidimiz 2004-cü ilin fevralın 16-da Şəmkir rayonunun Qaracəmirli kəndində doğulub.O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Şəhid A.Kazımovdan başqa ailənin iki övladı var.

 


8***

Şəhidimiz Anar Rüstəm oğlu Kazımovun nəşi doğulduğu Şəmkir rayonun Qaracəmirli kəndinə gətirilib və ailəsinə təhvil verilib.

Hurriyyet.az xəbər verir ki, hazıda şəhidimizlə vida mərasimi keçirilir.

Vida mərasimindən sonra A.Kazımov kənd qəbiristanlığında torpağa tapşırılacaq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056588