Saat:10:41
Haqqımızda

Şəhid ailəsinin yeni evi... - FOTO

2024-05-06 21:45:53

Şəhid ailəsinin yeni evi... - FOTO

Birinci Qarabağ müharibəsində   Azərbaycan Ordusunun əsgəri Zəfər Asəf oğlu Xəlilov Vətənin müdafiəsi naminə döyüşərək şəhidlik zirvəsinə ucalıb. 1985-ci ildə Masallının Tüklə kəndində dünyaya göz açan ölməz qəhrəmanımızın əsgəriliyi Tərtərin Həsənqaya postunda keçib. Vətənə vicdanla, qeyrətlə xidmət edib, murdar niyyətli düşmənə qarşı amansız olub. 20 yaşında  vaxtsız ölüm Zəfəri haqlayıb. Belə ki,  Erməni dığaların Tərtərə hücumu zamanı Vətənə tuşlanan gülləni öz polad sinəsi ilə  dəf edib.

Şəhid Zəfər Xəlilov heç zaman dövlət, xalq tərəfindən unudulmur. Onun xatirəsini əziz tutmağı hamı özünə müqəddəs borc bilir. Hazırda adını özündə yaşadan yadigarlar da çoxdur. Doğma kəndində şəhidin ailəsi üçün bir mərtəbəli kürsülü ev tikilib. Onun istifadə verilmə mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan 44 günlük əbədi tarixi qələbədən,  Zəfər kimi qəhrəman oğulların rəşadətindən ətraflı danışıb. Həmçinin ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman şəhid ailələrinə, müharibə əlillərinə, onların ailə üzvlərinə xüsusi diqqət və qayğı olduğunu deyib .

Daha sonra  şəhid ailəsi üçün tikilən yaşayış evində zəhməti olan xeyriyyəçilərə razılığını bildirən  rayon rəhbəri   onu da qeyd edib ki, biz şəhidlərə, onların ailələrinə, hərbiçilərə, müharibə veteranlara həmişə, hər zaman minnətdar olmalıyıq.

Şəhidin ailəsi öz növbəsində onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətinə, xalqına evin tikintisində zəhməti olan bütün şəxslərə ürəkdən razılıq ediblər.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin  üzvü

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.244194