Saat:07:14
Haqqımızda

Şəhid ailəsinin çətin şəraitdə yaşaması ilə bağlı nazirlikdən AÇIQLAMA

2022-01-18 17:54:00

Şəhid ailəsinin çətin şəraitdə yaşaması ilə bağlı nazirlikdən AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid Şiriyev Rəşad Rasim oğlunun ailəsinin mənzil şəraitinin yararsız olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Qurumun tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Prezident İlham Əliyevin ötən ilin əvvəlində imzaladığı sərəncamlarla şəhidlərimizin ailələrinin və müharibə əlillərinin mənzillə təminatı istiqamətində 2021-2025-ci illəri əhatə edən proqramın icrasına start verilib:

Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı şəhid ailələri və müharibə əlilləri evsiz qalmayacaq. Təkcə 2021-ci ildə sözügedən təminat əvvəlki illərlə müqayisədə 5 dəfəyə qədər genişləndirilib. İmtiyazlı kateqoriyadan 3000-ə qədər vətəndaşımız mənzillə təmin olunub.

Ölkə başçısının sərəncamına əsasən, proses bu il də davam edir. Şəhidimiz Şiriyev Rəşad Rasim oğlunun anası Şiriyeva Sadət Möhübbət qızı 02.06.2021-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülüb”.

O qeyd edib ki, vətəndaşın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacaq.

Qeyd edək ki, jurnalist Kamil Həmidov şəhid Şiriyev Rəşad Rasim oğlunun ailəsinin çətin şəraitdə yaşaması barədə məlumat paylaşmışdı.

oxu.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR