Şəhid ailəsini aldadıb, 75 min AZN pulunu mənimsədilər – “GÜNAY MƏMMƏDOVA ÖZÜNÜ “PREZİDENTİN ADAMI” KİMİ TƏQDİM EDİRDİ…”

2023-01-05 14:06:00

Şəhid ailəsini aldadıb, 75 min AZN pulunu mənimsədilər – “GÜNAY MƏMMƏDOVA ÖZÜNÜ “PREZİDENTİN ADAMI” KİMİ TƏQDİM EDİRDİ…”

Tovuz rayon sakini Əliyeva Bulul Qurban qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, özünü iş adamı kimi təqdim edən Günay Məmmədova adlı şəxs onu aldadaraq, 75 min AZN pulunu mənimsəyib:

“Mən, Əliyeva Bulul Qurban qızı, Tovuz rayonu Əyyublu kənd sakiniyəm. Oğlum Əliyev Rövşən Adil oğlu 1994 cü ildə - Birinci Qarabağ Müharibəsində gedən döyüşlər zamanı Fizuli rayonunun Ağdərə kəndində şəhid olub. Biz 1996-ci ildə Tovuz rayon İcra Hakimiyyətində ev növbəsinə yazılmışdıq. Buna baxmayaraq bizə mənzil verilmədi. Əksinə, Bakı şəhərində yaşayan Məmmədova Günay Ənvər qızı özünü cənab Prezidentin “adamı” və həkim kimi tanıdaraq, məni və ailəmi Bakı şəhərində mənzillə təmin edəcəyinə söz verərək aldadıb.

Mən onunla qonşum Əliyeva Günel Elmar qızının vasitəsilə tanış olmuşdum. Guya, bizi Lokbatan qəsəbəsində 2 mənzillə təmin edəcəkdi. Onun qarşılığında bizdən 75 min AZN pul almışdır. Mənə kart nömrələri verib deyirdi ki, apar pulları bu kartlara yüklə. Mən də pulları hissə-hissə Əliyev Ənvər Əlimursə oğlu, Əliyeva Şuşan Efruzə qızı, Nifdalıyev Vaqifə, Zərifə, Lalə və Nahidə adlı şəxslərin kartlarına yükləmişəm. Dəfələrlə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Nazim müəllimin mavini Şəhriyar müəllimin qəbulunda olmuşam. Söz vermişdi ki, pulunuzu alıb qaytaracam. Heç nə etmədi. İşimizə baxan Kənan Suleymanlı işi düzgün aparmadığından, işin üstü ort-basdır olundu.

Əlimdə sübut olaraq ödədiyim kart sahiblərinin çekləri var. Onların heç biri dindirilmədi. Kənan hər dəfə bir bəhanə edərək, kart sahiblərini çağırıb məsələni aydınlaşdırmadı. 2 il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxıldı. Bu dəfə də cinayətkarı tutmadılar. Şəhid ailəsinin pulunu mənimsəyən hal-hazırda azadlıqdadır. Tək bizi yox, bir neçə ailə onun əməllərinin qurbanı olub.

Sizin redaksiyadan xahiş edirəm, mövzunu işıqlandırın, bəlkə həmin dələduzu heç olmasa həbs edələr”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141598