Şəhid ailəsi ilə görüş - FOTO

2023-09-12 14:34:29

Şəhid ailəsi ilə görüş - FOTO

44 günlük haqq savaşımızın qəhrəmanlardan biri olan Rəhman İsmayılov oktyabrın 19-da Cəbrayıl və Qubadlı  uğrunda gedən ağır  döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. İndi uyuduğu müqəddəs torpaq  doğulub boya-başa çatdığı Ağstafanın Muğanlı kəndidir.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamlarına əsasən Rəhman Mehdi oğlu İsmayılov ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının  azadlığına  görə,  “Hərbi xidmətlərə görə” medallarına layiq görülüb.

Şəhidin həyat yoldaşı və qızı Astaranın Ərçivan qəsəbəsində yaşayır.

Astara Tarix-Diyarşünaslıq Muzeyində  şəhid Rəhman İsmayılovun ailəsi ilə görüş keçirilib.

Tədbirdə şəhidin həyat yoldaşı Aysel Əliyeva, qızı Aylin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri və mədəniyyət nümayəndələri iştirak edib.

Çıxışlarda şəhidin həyat və döyüş yolundan, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsindən danışılıb.

Tədbirdə çıxış edən şəhidin həyat yoldaşı isə Rəhman İsmayılovla bağlı xatirələrdən söhbət  açıb.

Yekunda şəhidin qızına hədiyyə təqdim olunub.

Zəfər ORUCOĞLU

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138633