Şəhid ailələri üçün Prezident təqaüdünün məbləği artırıldı

2023-01-13 11:15:00

Şəhid ailələri üçün Prezident təqaüdünün məbləği artırıldı

İlham Əliyev şəhid ailəsi üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Fərmanda dəyişiklik edib.

Hurriyyet.az xəbər verir ki, sənədə əsasən, şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib. Belə ki, bu məbləğ 500 manatdan 600 manata qaldırılıb. 

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

***

Bundan başqa, dövlət başçısı 20 Yanvar şəhidinin ailəsi üçün Prezident təqaüdünün məbləğinin artırılması və “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Fərmanda dəyişiklik edib.

Fərmana əsasən, 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.129526