Saat:01:48
Haqqımızda

Səhər yatağınızı yığmayın! 40 ilin mütəxəssisindən mühüm xəbərdarlıq

2024-02-01 18:10:42

Səhər yatağınızı yığmayın! 40 ilin mütəxəssisindən mühüm xəbərdarlıq

Təxminən 40 ildir yuxu elmləri sahəsində təcrübəyə malik olan “Mattress Next Day” şirkətinin baş direktoru Martin Sili yuxudan oyanan kimi çarpayının yığılmamalı olduğu barədə xəbərdarlıq edib.

Alimlərin apardığı araşdırmalara görə, yataqdan qalxıb çarpayını yığmağa başlayan kimi təxminən 1500000 (bir milyon beş yüz min) toz gənəsi aktivləşir.

Toz gənələri bədənimizdən tökülən dəri parçaları ilə qidalanır və siz çarpayını yığmağa başlayanda gənələr üçün də əyləncə başlayır.

Beləcə, onlar daha asan çoxala və daha uzun yaşaya bilərlər. Toz gənələri astma, bronxit, ekzema, ot qızdırması və digər allergik xəstəliklərə səbəb ola bilər.

Alimlərin tövsiyəsi çarpayını olduğu kimi qoyub bir müddət otağı havalandırmaqdır. Əks halda, ən azı bir milyon yarım toz gənəsi toplayıb sağlamlığınızı təhlükə altına sala bilərsiniz.

Yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR