Şəhər meri də öldürüldü! Somalidə dəhşətli terror statistikası
2022-07-28 12:04:00

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Somalinin Aşağı Şabelle vilayətində törədilmiş terror aktlarının qurbanlarının sayı 20 nəfərə çatıb.
Vilayətin Marka şəhəri rəhbərliyinin “Anadolu Agentliyi”nə verdiyi məlumata görə, terror aktının hədəfi hökumət təmsilçiləri olub. Partlayış zamanı 13 nəfər, o cümlədən, Marka şəhərinin meri Abdullahi Əli Uafo həlak olub. Çox sayda yaralıların olduğu bildirilir. Terror aktına görə məsuliyyəti “Aş Şabab” təşkilatı öz üzərinə götürüb.
Afqoye şəhərindəki heyvan bazarında baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, 14 yaralı var.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya