Saat:11:50
Haqqımızda

"Səfirliyimizə hücumun arxasında Tehran rejimi - SEPAH dayanır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-01-27 12:34:00

"Azərbaycan İrandakı diplomatik korpusu bağlamalı, İran səfiri ölkədən çıxarılması üçün 48 saat vaxt verilməlidir"

"İrandakı səfirliyimizə hücumun arxasında İran dövləti - SEPAH durub. Bu, Azərbaycana qarşı düşmən siyasətin bariz nümunəsidir. Son günlər İran XİN rəhbəri və diplomatları guya Azərbaycanla əlaqələri normallaşdırmağa çalışırdı. Bilirdim ki, İran tərəfi bu addımlarında səmimi deyil, bu kontekstdə açıqlama vermişdim". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq hesab edir ki, Azərbaycan İrandakı diplomatik korpusu bağlamalı, Azərbaycandakı İran səfiri ölkədən çıxarılması üçün 48 saat vaxt verilməlidir: "İran dövləti səfirliyimizə hücum etməklə ölkəmizə mesaj verir. Yəni, Azərbaycana qarşı hərbi təhdidlər edə bilərik. Bu hücumların Böyük Britaniya, Fransa və ardınca İranda baş verməsi təbii ki, erməni-fars birliyinin bariz nümunəsidir. İran-Azərbaycan əlaqələrinin normallaşması mümkün deyil. Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar Tehran rejimi tərəfindən qəbul edilmir".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, bu silahlı hücum İranın Azərbaycana qarşı apardığı hibrid müharibənin tərkib hissəsidir: "İran Bakıda edə bilmədiyini Tehranda etdi. Bu, İranın terror dövləti olduğunun göstəricisidir. Heç bir üçüncü qüvvənin burada rolu yoxdur, birbaşa Tehran rejimi tərəfindən planlaşdırılıb".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR