Saat:12:32
Haqqımızda

"Səfirliyimizə hücumun arxasında İrandakı erməni diasporunun dayandığı istisna deyil" - POLİTOLOQ

2023-01-27 12:10:00

"Tehrandan qatil və ya qatillərin arxasındakı güclərin, sifarişçilərin araşdırılması tələb olunmalı və bu proses nəzarət altında saxlanmalıdır"

"Azərbaycanın İrandakı səfirliyinə hücum bu ölkənin rəsmilərinin, diplomatlarının, generallarının, din xadimlərinin, deputatlarının və ekspertlərinin anti-Azərbaycan isteriyasının nəticəsidir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun fikrincə, İrandan Azərbaycan əleyhinə daim səslənən "sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir", "Zəngəzur dəhlizi olmamalıdır", "Azərbaycan İsraillə əlaqələr qurmamalıdır" açıqlamaları qonşu ölkədəki fanatik dairələri azğınlaşdırıb: "Əlbəttə, səfirliyimizə hücumun arxasında İrandakı erməni diasporunun dayandığı da istisna deyil. Məqsəd Azərbaycan-İran münasibətlərinin daha da gərginləşdirməkdir. Ona görə də soyuqqanlığımızı qorumaq şərtilə Tehrandan qatil və ya qatillərin arxasındakı güclərin, sifarişçilərin araşdırılması tələb olunmalı və bu proses nəzarət altında saxlanmalıdır. Qırmızı çizgiləri aşan İran oldu".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR