Saat:00:24
Haqqımızda

Səfirlik Vüqar Hüseynovla bağlı araşdırma aparır

2024-03-23 23:26:27

Səfirlik Vüqar Hüseynovla bağlı araşdırma aparır

"Krokus Siti Hall”da baş vermiş terror aktı ilə əlaqədar səfirliyimizə heç bir müraciət daxil olmayıb”.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, ötən gün "Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə əlaqədar səfir Polad Bülbüloğlu tərəfindən bayram günlərinə baxmayaraq, bütün məsul işçilərə diplomatik nümayəndəlikdə iş yerlərində toplaşmaq göstərişi verilib.

Dəstək üçün vətəndaşlarımıza müraciət edildiyi təqdirdə təcili yardımın göstərilməsi məqsədilə gecə növbətçiliyi təşkil edilib, lakin hazırda səfirliyə heç bir müraciət daxil olmayıb.

"Hücum nəticəsində yaralananlar haqqında ilk məlumatlar aşkarlanmağa başlayan kimi səfirlik açıqlanan bütün məlumatları diqqətlə izləyib. İlkin siyahılarda adı çəkilən Sevinc Rüstəmova yenilənmiş siyahılarda artıq qeyd olunmayıb. Lakin həlak olanların siyahısında 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu adlı azərbaycanlı, ehtimal ki, Rusiya vətəndaşı vardır.

Hazırda Azərbaycan Səfirliyi bu informasiyanın aydınlaşdırılması üçün bütün lazımi tədbirləri görür, o cümlədən öldürülən şəxsin cəsədinin yeri, habelə mərhumun qohumları və tanışları haqqında məlumatlar toplanılır. Yeni məlumat əldə edilən kimi, dərhal səfirliyin teleqram kanalında yerləşdirəcək”, - açıqlamada qeyd olunub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR