Səfirlik tələbənin həlak olması xəbərini yalanladı

2023-02-10 12:44:00

Səfirlik tələbənin həlak olması xəbərini yalanladı

Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ zamanı dağıntılar altında qalan 4 tələbədən biri - Şahin Vəliyevin həlak olması barədə xəbər yayılıb. Xəbəri onun müəllimi sosial şəbəkə hesabında ictimailəşdirib. 

Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva Modern.az-a açıqlamasında bildirib ki, iddialar əsassızdır, tələbənin həlak olması xəbəri öz təsdiqini tapmayıb. 

"Malatyada 4 tələbədən biri olan Şahin Vəliyevin cansız bədəninin çıxarılması xəbəri doğru deyil. Əsassız iddialara inanmaq olmaz. Dövlət qurumları ilə əlaqə saxlamışıq, bununla bağlı bizə hər hansı təsdiq verilməyib",- deyə səfirlik rəsmisi vurğulayıb. 

Qeyd edək ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıb. Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.165450