Səfir Zelenskinin Türkiyə haqda sözünü təkzib etdi

2022-05-03 10:16:00

Səfir Zelenskinin Türkiyə haqda sözünü təkzib etdi

Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar Zelenskinin Türkiyə ilə bağlı sözlərinin kontekstdən çıxarıldığını deyir. Bəlli ki, Zelenski yunan televiziyasına elə də deyib, sadəcə reaksiya kəskin olduğu üçün Ukrayna tərəfi bu formada açıqlama vermək məcburiyyətində qalıb.

Bu sözləri ekspert Asif Nərimanlı qeyd edib.

"Məsələ Kiyev-Ankara münasibətlərini pozacaq məsələ deyil. Hərçənd, Zelenskinin yunan kanalına Türkiyə haqda danışarkən dediklərinin doğura biləcəyi reaksiyanı hesablamaması da təcrübəsiz yanaşmadır. Çünki hazırda rus turistləri Yunanıstanın ağrılı yeridir və onlar bu qazancın Türkiyəyə getməsini qəbul edə bilmirlər", - ekspert bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya