
Şəfiqə Nağıyeva həyat yoldaşından danışdı: “ 25 il mənim uşağımı axtarmadı” - VİDEO
.jpg)
Tanınmış vəkil Şəfiqə Nağıyeva keçmiş həyat yoldaşından danışıb.
ARB telekanalında yayımlanan “Onun Sirri” proqramının qonağı olan vəkil həyat yoldaşının ona etdiklərindən danışıb:
“O, 25 il mənim uşağımı axtarmadı, görmədi. 25 ildən sonra başladı oğlumu axtarmağa, onda Samirə (red-oğlu) dedim ki, o sənin atandır, eybi yoxdur, get görüş.
Samir görüşmək istəmirdi, mən zorla yola saldım. Amma mən ondan aliment almadım. Məhkəmə alimenti kəsmişdi. 3-4 ay aliment verdi, sonra yanına gedəndə orada qızlar dedilər ki, “Vahidin uşağı olub, gətirib hamıya konfet paylayıb”. Hamilə qadına bunu etmək, zülm yox cəhənnəm əzabıdır. İnanırsınız, mən gülə bilmirəm, şəkil çəkdirəndə filan mənə deyirlər gülümsə, amma edə bilmirəm”.
Həmin görüntüləri təqdim edirik:
Yenilik.az

Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya