Saat:00:35
Haqqımızda

"Səfəvilər və Avşar dövlətlərinin tarixinə, mədəniyyətinə istinad etmədən Böyük Azərbaycan qurula bilməz" - XAQANİ CƏFƏRLİ

2024-04-04 12:53:27

"Nadir Şah 10-15 il çox yaşasaydı indi Avrasiyanın xəritəsi tamamilə fərqli olardı"

"Ölkəmizdə onlarla tarixçi alim, onlarla ictimai-siyasi xadim var ki, Türkiyəyə yarınmaq naminə Azərbaycan xalqının ən şanlı tarix səhifələrini hər imkanda qaralayırlar. Həmin tarixçilərin, ictimai-siyasi xadimlərin Türkiyəyə yarınmaq naminə qaraladıqları Səfəvilər və Avşar dövlətləri olmasaydı, bu torpaqlar indi bizim ola bilməzdi". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloq qeyd edib ki, bu çoğrafiyanın hər qarışına iddialı olmağımızın təməl qaynağı Səfəvilər dövləti və Avşar dövlətinin tarixdəki mövcudluğudur: "Səfəvilər dövləti olmasaydı Azərbaycan xalqının vahid etnos kimi formalaşması da mümkün olmazdı. Rusiyanın bizim bölgəyə yönəlik işğalçılıq siyasətinin qarşısını da Səfəvilər dövləti və Avşar dövləti alıb. Faciələrimizin də təməli Avşar dövlətinin dağılması ilə qoyulub. Nadir Şah 10-15 il çox yaşasaydı indi Avrasiyanın xəritəsi tamamilə fərqli olardı".

Xaqani Cəfərlinin fikrincə, Səfəvilər və Avşar dövlətlərinin tarixinə, mədəniyyətinə istinad etmədən Böyük Azərbaycan qurula bilməz: "Səfəvilər və Avşar dövlətlərini qaralamaq Böyük Azərbaycana qarşı olmaq, Azərbaycanı ya Rusiyanın, ya da Türkiyənin kiçik qardaşı görmək, böyük xalq kimi görə bilməməkdir. Gələcək nəsillərimizin taleyi tariximizə münasibətdən çox asılıdır. Azərbaycan heç kimin kiçik qardaşı ola bilməz".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR