Saat:08:15
Haqqımızda

Səfərbərlik haqqında yeni qanun: Ukraynalıların maşınları əlindən alına bilər

2024-01-31 20:55:21

Səfərbərlik haqqında yeni qanun: Ukraynalıların maşınları əlindən alına bilər

Səfərbərlik haqqında yeni qanun layihəsində müharibə zamanı bəzi nəqliyyat növlərinin vətəndaşlardan pulsuz müsadirə edilməsinin mümkünlüyü ilə bağlı bənd daxildir.

Hurriyyet.Az bu barədə "Unian"a istinadla xəbər verir.

"Əlbəttə ki, söhbət nəqliyyat vasitələrinin kiçik siyahısından gedir (siyahıya traktorlar, kənd təsərrüfatı və tikinti texnikası da daxildir), amma bu çox da yaxşı görünmür. Hörmətli biznesmenlər, diqqət yetirin. Xüsusilə logistika, tikinti və aqrar sənaye nəqliyyatı", - deyə xalq deputatı Yaroslav Jeleznyak yazıb.

Qanun layihəsində qeyd edilir ki, TTK, SBU, GUR və Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin nümayəndələri nəqliyyatı götürə biləcəklər. Qanun layihəsinin mətninə görə, sahibi nəqliyyat vasitəsini səfərbərlik elanından 30 gün sonra geri qaytara bilər. Nəqliyyat vasitəsinin səfərbər edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Xüsusilə, söhbət traktorların, özüyeriyən şassilərin, kənd təsərrüfatı və yol-tikinti maşınlarının mümkün "ələ keçirilməsi”ndən gedir.

Yanvarın 30-da Nazirlər Kabineti səfərbərlik haqqında qanun layihəsinin yenilənmiş variantını Radaya təqdim edib. Layihədə aydın bir xidmət müddətinin müəyyən edilməsi, məcburi xidmətin ləğvi və hərbi xidmətdən yayınanlar üçün yeni məhdudiyyətlərdən danışılır. 

Səfərbərlik haqqında yeni qanun layihəsini Radada müdafiə naziri Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı təqdim edəcək. \\Qaynarinfo.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199964