Saat:06:27
Haqqımızda

Səfər Mehdiyev son iclasda həbs olunan general haqda nə deyib? – Gizli məlumat üzə çıxdı

2022-07-04 12:28:00

Səfər Mehdiyev son iclasda həbs olunan general haqda nə deyib? – Gizli məlumat üzə çıxdı

Dövlət Gömrük Komitəsində keçirilən son kollegiya iclası ilə bağlı Gununsesi.info-ya özəl məlumat daxil olub.

Hurriyyet.az-ın xəbərinə əsasən, məlumata qeyd edilir ki,əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə kollegiyaya gələn idarə və şöbə rəislərinin telefonları elə komitənin giriş qapısında alınıb.

Anti-korrupsiya əməliyyatlarından sonra kollegiya iclasını toplayan Səfər Mehdiyev bəzi açıqlamalar verib.

Olduqca gərgin görünən Səfər Mehdiyev onlara qarşı bəzi qüvvələrin səfərbər olduğunu deyib:”Amma ruhdan düşməyin, işinizə davam edin. Hər şey aydınlaşacaq. Ehtiram da (Hazırda həbsdə Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilovu nəzərdə tutur -red) azadlığa çıxacaq. Digər həbs olunanlar da orada qalmayacaq”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR