Səfər Mehdiyev həbs ediləcək? - Partiya sədrindən açıqlama

2022-07-27 10:56:00

Səfər Mehdiyev həbs ediləcək? - Partiya sədrindən açıqlama

Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Buna səbəb Komitənin yüksək vəzifəli şəxslərinin həbsindən sonra başlanmış cinayət işinin istintaqının davam etməsidir.

Bəs, Səfər Mehdiyev həbs oluna bilərmi?

Məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Bakupost.az -a açıqlamasında mühüm məqamlara toxunub.

Onun sözlərinə görə, DGK-da həbs olunmuş yüksək rütbəli məmurların fəaliyyətinin komitə rəhbərinin bilgisi və iradəsi xaricində olması inandırıcı deyil:

“Heç kim inanmaz ki, komitədəki generallar S. Mehdiyevdən xəbərsiz böyük miqyaslı qanunsuz əməllər törədiblər. Təbii ki, istintaqın gedişatında onların verəcəyi ifadələr və istintaq nəticəsində hər şey üzə çıxacaq. Ehtiyat üçün S. Mehdiyevin ölkədən çıxışına qadağan qoyulub. Çünki burada dövlət əmlakından, milyonlardan söhbət gedir. Bu günə qədər Səlim Müslümovu çıxmaqla heç bir nazir həbs olunmayıb. Məsələn, Əbülfəz Qarayevin müavinləri, Elmar Məmmədyarovun aparat rəhbərləri, Eldar Mahmudovun sağı-solu, müavinləri həbs olunsalar da nazirlərin özləri azadlıqdadır".

Partiya sədri hesab edir ki, S. Mehdiyev həbs olunmasa belə, əmlakı rəsmi, yaxud qeyri-rəsmi şəkildə əlindən alına bilər:

“Bu ənənədən çıxış edərək düşünmürəm ki, S. Mehdiyevi həbs edəcəklər. Amma qeyri-rəsmi olaraq mənimsədiklərinin geri qaytarılması üçün o ölkədə qalmalıdır. Bu və ya digər formada bu müddət ərzində qeyri-qanuni olaraq əldə etdiyi əmlakı təhvil verməlidir. Lakin çox güman iki-üç ay sonra eşidəcəyik ki, S. Mehdiyevin üzərinə qoyulan ölkədən çıxma haqqında qərar ləğv olunub. Onun cinayətlərlə heç bir əlaqəsi yoxmuş kimi söhbətlər ola bilər”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.068002