Saat:18:37
Haqqımızda

SƏDR VƏZİFƏLƏRİNİ İTİRDİLƏR - Prezidentin Sərəncamı

2025-06-04 15:17:25

SƏDR VƏZİFƏLƏRİNİ İTİRDİLƏR - Prezidentin Sərəncamı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

Hurriyyet.az-ın məlumatına görə, sərəncama əsasən, İlqar Məsail oğlu Quliyev Tərtər Hərbi Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilib. O, Şəmkir Rayon Məhkəməsinin hakimi təyin edilib.

İlqar Quliyev sədr vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu. İlqar Quliyev ölkə göndəmində müzakirə edilən cinayət işləri, o cümlədən sonuncu dəfə "Şlyapa Zahid”in işini araşdırıb. O, külli miqdarda rüşvətdə ittiham olunan "Şlyapa Zahid”i azadlığa buraxmış, həmin hökm bir neçə ay sonra ləğv edilmiş, Zahid Niftəliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.

Bundan başqa, Toğrul Məmmədov da Goranboy Rayon Məhkəməsinin sədri vəzifəsindən azad edilib. O, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilib.

Qafqazinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.197285