Sədr öz tərəfdarlarını evlərinə qayıtmağa çağırdı

2022-08-30 15:31:00

Sədr öz tərəfdarlarını evlərinə qayıtmağa çağırdı

Hurriyyet.az xəbər verir ki, İraqda Sədr hərəkatının lideri Muktəda əs Sədr ölkədə dünəndən bəri baş verənlərə görə üzüldüyünü bildirərək, küçələrdə döyüşən tərəfarlarından 1 saat içərisində evlərinə qayıtmağı xahiş edib. Sədrin çağırışından sonra ölkədə küçəyə çıxmaq qadağanı da ləğv edilib.

Şiə lider Sədr keçirdiyi mətbuat konfransında İraqın “korrupsiya və şiddətə” səhnə olduğunu bildirib.

Sədr deyib: “Baş verən toqquşmalarla əlaqədar İraq xalqından üzr istəyirəm. Bu inqilab sülh yolundan çıxdığı üçün inqilab deyil və mən buna inqilab deyə bilmərəm. Belə bir inqilab yerə batsın”.

Baş nazir Mustafa əl Kazımi ilə İraq qüvvələri və Haşdi Şabi döyüşçülərinə də təşəkkür edən Sədr ölkədəki milisləri tənqid edib.

Xəbər verdiyimiz kimi,  dünən Bağdadın müxtəlif rayonlarında Muktəda əs Sədr tərəfdarları ilə iranpərəst şiə Koordinasiya strukturunun tərəfdarları arasında daş və dəyənək davası olub.

Həşd əş Şabi milislərinə bağlı qüvvələr də Sədr tərəfdarlarının qovulmasında iştirak ediblər.

“Əl Cəzirə” telekanalının verdiyi məlumata görə, dünən  Bağdadda keçirilən kütləvi etiraz aksiyaları zamanı azı 10 nəfər həlak olub, 200 nəfər isə yaralanıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062547