Saat:07:15
Haqqımızda

"Seçkinin nəticələrini post-müharibə dövrünün reallıqları öncədən müəyyən edirdi" - ASİF NƏRİMANLI

2024-02-08 12:39:21

"Bu situasiya seçkinin legitimliyini şübhə altına almaq istəyənlərin işini çətinləşdirir, çünki onların qarşısında bu dəfə İlham Əliyev yox, qələbə elektoratı var"

"Seçki prosesinin mükəmməl olmadığı sirr deyil, lakin İlham Əliyevin mütləq səslə qələbəsi təbiidir. Çünki seçkinin nəticələrini post-müharibə dövrünün reallıqları öncədən müəyyən edirdi". Hurriyyet.az xəbər verir ki, bunu siyasi ekspert Asif Nərimanlı bildirib.

Siyasi ekspertin fikrincə, bu, təkcə seçicinin seçimində yox, aktivliyində də özünü göstərdi: "Hətta ən radikal opponentlər belə, seçkidə iştirak etsəydi, yenə nəticə dəyişməyəcəkdi. Bəzən intelektual elita kimi təqdim olunan kəsim sadə insanların istəklərini, seçimlərini anlamır. Biz qələbəyə ac xalqıq və onu əldə edəndə qiymətləndirməyi də bilirik".

Asif Nərimanlı əlavə edib ki, İlham Əliyev qələbə elektoratının seçimidir: "Mütləq əksəriyyət onu 2020-ci il və sonrakı dövrün lideri kimi qəbul edir. Bu situasiya seçkinin legitimliyini şübhə altına almaq istəyənlərin işini çətinləşdirir, çünki onların qarşısında bu dəfə İlham Əliyev yox, qələbə elektoratı var".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.245803