Saat:02:03
Haqqımızda

Seçkilərlə bağlı bildirişlərin hazırlanma qaydası müəyyənləşib

2024-12-18 18:02:12

Seçkilərlə bağlı bildirişlərin hazırlanma qaydası müəyyənləşib

Bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanma qaydası müəyyənləşib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bu gün keçirilən iclasda məlumat verib.

“MSK əsas seçki sənədlərinin hazırlanması ilə bağlı gərgin fəaliyyətini davam etdirir. Bu seçkidə 6 milyon 52 min 721 bildiriş hazırlanacaq”, - R.Qasımov bildirib.

“2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində 5 milyon 876 min 428 nəfər seçici var. Seçki komissiyalarının öhdəliklərindən biri seçiclərə seçkinin vaxtı və yeri barədə məlumatların verilməsidir. Sözügedən bildirişlərin sayı seçicilərin sayına uyğun hazırlanır. Hazırda həmin bildirişlərin sayı 5 milyon 876 min 428-dir”, - sədr müavini əlavə edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.220394