Saat:04:48
Haqqımızda

SEÇKİ BAŞLAMAMIŞ SAXTAKARLIĞA ƏL ATIRLAR... – ADP Zaqatala RT sədrinə imza vərəqələri verilmir

2024-07-18 12:55:25

SEÇKİ BAŞLAMAMIŞ SAXTAKARLIĞA ƏL ATIRLAR... – ADP Zaqatala RT sədrinə imza vərəqələri verilmir

Azərbaycan Demokrat Partiyasının (ADP) Zaqatala Rayon Təşkilatının sədri Mübariz İsmayılovun Milli Məclisə seçkilərdə iştirakına əngəl törədilir. Hurriyyet.az-a bu barədə məlumat verən M.İsmayılov bildirir ki, onun namizədliyi Zaqatala-Balakən Seçki Dairəsindən irəli sürülüb. Dediyinə görə, 5 gündən çoxdur sənədlərini Dairə Seçki Komissiyasına təqdim etsə də, hələ də imza vərəqəsi verilməyib.

ADP RT sədri deyir ki, məsələ ilə bağlı DSK sədrinin müavini ilə əlaqə saxlasa da, o, “mənlik deyil, sədrə müraciət edin”, - deyə bildirib. DSK sədri isə onun qəbul etmir.

Bu səbəbdən, Mübariz İsmayılov hesab edir ki, seçki başlamamış ADP-nin namizədlərinə qarşı saxtakarlığa start verilib.

Hurriyyet.az

Redaksiaydan: Mövzunu davam etdirəcəyik.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.359840