"Seçiciləri 7 fevral günü seçkilərə getməyə dəvət edirəm" - NAZİM CƏFƏRSOY
"Seçki Azərbaycan şərtlərində belə, xalqın nəbzini ölçən ən mühüm və ən legitim ictimai rəy mexanizmidir"
"Bütün azərbaycanlı seçiciləri 7 fevral günü seçkilərə getməyə dəvət edirəm. Seçkidə öz namizədiniz olmasa belə, hətta protesto və ya boykot etmək istəsəz də bunu gedib seçki qutusuna atacağınız seçki bülteninde etmək də mümkündür". Hurriyyet.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy bildirib.
"Səsvermə hüququnu hər şəkildə özünüz istifadə edin" deyən politoloq qeyd edib ki, seçki Azərbaycan şərtlərində belə, xalqın nəbzini ölçən ən mühüm və ən legitim ictimai rəy mexanizmidir: "Real nəticələri biz görməsək də, görən görür və bu bir şəkildə həyatımıza toxunacaq müəyyən nəticələrə səbəb olur!"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az