Səadət Yusifova nazir müavini təyin edildi
2023-03-01 16:46:00
.jpg)
Prezident İlham Əliyev mədəniyyət nazirinə müavin təyin edib.
Hurriyyet.az xəbər verir ki, dövlət başçısının müvafiq Sərəncamı ilə bu vəzifəyə Səadət Vidadi qızı Yusifova təyinat alıb.
Qeyd edək ki, S. Yusifova bu təyinatadək Azərbaycan Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2014-2019-cu illlərdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunudur.
qafqazinfo.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya