Saat:02:21
Haqqımızda

Şayiələr tükürpədicidir: Rusiya evlərdən yansıyan "bənövşəyi işıq" sirrinin arxasıyca düşdü - FOTO

2021-12-04 19:25:00

Şayiələr tükürpədicidir: Rusiya evlərdən yansıyan

Rusiyada sayı günü-gündən artan bənövşəyi və çəhrayı işıqlı evlər maraq doğurmağa başlayıb. Bu işıqların paralel kainatdan əks olunduğu, evlərin sirrini öyrənmək üçün mənzillərə xüsusi qrupların yerləşdirildiyi iddia edilir.

Moskva sakini Lyubov Yermolayeva "Sputnik Türkiyə"yə əsrarəngiz işıqlar barədə bu sözləri deyib: “Bir neçə il əvvəl axşam saatlarında küçədə gəzirdim və birdən gördüm ki, demək olar ki, hər mənzilin ən azı bir pəncərəsi çəhrayı-bənövşəyi işıqla parıldayır”. Daha sonra bu marağ onun böyük hobbisi halına çevrilib.

Pəncərələrdən yansıyan bu çəhrayı işıqları cazibədar hesab etdiyini deyən Yermolayeva bu işıqların arxasında heç bir müəmmalı vəziyyət olmadığını və yalnız funksional olaraq istifadə olunsa da, şəhərlərdə "çəhrayı işıq ovuna" çıxmağın onun üçün yeni hobbiyə çevrildiyini bildirib. Yermolayeva hətta "Vkontakt" sosial şəbəkəsində "mənzillərdə çəhrayı pəncərələr" (rozoviye okna v domah) adlı qrup yaradıb, gəzinti zamanı rastlaşdığı çəhrayı işıqlı pəncərələrin fotolarını paylaşıb.

Yermolayeva bu işıqların arxasında hər hansı bir müəmma olmadığını desə də, sosial şəbəkələrdə bu mövzu müzakirəyə çevrilib. Bəziləri bu mənzillərdə kiçik kino dəstləri qurulmuş ola biləcəyini desə də, bəziləri içəridə şənlik keçirildiyini ehtimal edir. Bu çəhrayı işıqlar haqqında irəli sürülən ən fərqli nəzəriyyə, onların “paralel kainata açılan qapılardan sızan işığın” olmasıdır. Lakin onlarla insanı narahat edən bu çəhrayı işıqlar şitil yetişdirmək üçün istifadə edilən çəhrayı bitki lampalarıdır.

Son illərdə Rusiyada evdə pomidor, şüyüd, cəfəri kimi bitkilər və tərəvəzlər yetişdirənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Amma günəş işığının evlərə cəmi bir neçə saat çatan qış aylarında bu bitkiləri böyütmək və yetişdirmək mümkün deyil. Buna görə də Rusiya şəhərlərinin sakinləri çəhrayı işıq saçan bu xüsusi fitolampalardan evlərində bitki yetişdirmək üçün istifadə etməyə başlayıblar. \\Kanal

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR