Saxta içki 50 nəfərdən artıq şəxsin ölümünə səbəb oldu
2025-02-17 18:14:19

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyənin paytaxtı Ankara şəhərində saxta alkoqol içkisi 54 nəfərin ölümünə səbəb olub.
Ankara Prokurorluğunun məlumatında deyilir: "Əldə edilən məlumata görə, Ankarada saxta spurtli içki 54 nəfərin ölümünə səbəb olub, 40 nəfər reanimasiyada qalmaqdadır. Ankara Baş prokurorluğunun apardığı təhqiqat nəticəsində 28 nəfər şübhəli saxlanılıb".
Qeyd edək ki, yanvar ayında İstanbulda 37 nəfər saxta içki qəbul etdikdən sonra həyatını itirmişdi.
Hürr Tərcüman
