Saat:17:45
Haqqımızda

Saxlanılan Krasnoyarsk meri ilə bağlı milyonluq RÜŞVƏT QALMAQALI - Bəzi təfərrüat MƏLUM OLDU

2025-06-09 15:47:17

Saxlanılan Krasnoyarsk meri ilə bağlı milyonluq RÜŞVƏT QALMAQALI - Bəzi təfərrüat MƏLUM OLDU

Rusiya İstintaq Komitəsi (İK) Krasnoyarsk şəhərinin meri Vladislav Loqinova qarşı ittiham irəli sürüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə İK-nın rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat paylaşıb. O, 180 milyon rubldan (təqribən dörd milyon manat - red.) artıq məbləğdə rüşvət almaqda şübhəli bilinir.

İstintaqın məlumatına görə, V.Loqinov 2018-2024-cü illərdə merin birinci müavini, sonra isə şəhərin başçısı vəzifəsini tutarkən kommersiya şirkətinin rəhbərindən öz torpaq sahəsində hamamın tikintisi üçün pul və haqq alıb. Əvəzində sözügedən şirkət şəhər yollarının təmiri üçün keçirilən müsabiqələrin (tender) qalibi seçilib.

***

Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loqinov güc strukturlarının əməkdaşları tərəfindən saxlanılıb.

Hurriyyet.az-ın xəbərinə görə, bu barədə TASS agentliyinə regionun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Agentliyin bildirilib ki, mer rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Saxlanılan mer Moskvaya göndəriləcək. Onun barəsində hansı qətimkan tədbirinin seçilməsinə paytaxtda qərar veriləcək.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, 57 yaşlı V.Loqinov 2022-ci ildən Krasnoyarskın meri vəzifəsini tutur.

Oxu.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.167116