Saat:08:49
Haqqımızda

Şavkat Mirziyoyev: Xankəndidə bayraq qaldırdınız və bunun bütün məsələlərə nöqtə qoyduğunu gördük

2023-11-09 21:09:18

Şavkat Mirziyoyev: Xankəndidə bayraq qaldırdınız və bunun bütün məsələlərə nöqtə qoyduğunu gördük

Siz Xankəndidə bayraq qaldırdınız və biz bunun bütün məsələlərə nöqtə qoyduğunu gördük.

Bunu Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev deyib.

O bildirib ki, güclü Azərbaycan artıq irəliyə doğru addımlayacaq və Azərbaycan xalqının, Azərbaycanın dostlarının, o cümlədən özbək xalqının, Özbəkistanın və Özbəkistan rəhbərliyinin də uzun illər gözlədiyi uğurlara nail olacaq.

"Ümidvarıq ki, Qarabağ gələcəkdə Azərbaycanda çiçəklənən torpaq olacaq, çünki Siz çox işlər görürsünüz. Mən Şuşada və Füzulidə həyata keçirilən bütün işləri öz gözləri ilə görmüş insanam. Çox şadam ki, orada olmuşam. Mən də onların nələr etdiklərini, özlərindən sonra nələr qoyub getdiklərini və Sizin səyləriniz sayəsində görülən işləri danışacağam. Yaxın ölkə olaraq, daha böyük uğurlar diləyirəm. Azərbaycan xalqı kimi, biz də ədalətin onsuz da zəfər çalacağını, Azərbaycan xalqının öz Qələbəsini qazanacağını gözləyirdik" - deyə Şavkat Mirziyoyev qeyd edib. \\Pravda.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.606691