“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VIDEO
Azərbaycan ictimaiyyətində böyük rezonans doğuran “Şaurma N1” işinin yeni detalları üzə çıxıb. Obyektiv media araşdırmaları onu göstərir ki, əslində baş verənlərədə zərərçəkən qanunun tanıdığı qrup yox, həbs cəzası alan Aqil Babayevdir. Natiq Sadıqovun dəfələrlə təkidli xahişindən sonra tərəflər arasında şifahi şəriklik anlaşması olur. 2011-ci ildən məhz Aqil Babayevin maddi dəstəyi və birbaşa işin üstündə durması nəticəsində “ŞaurmaN1” şəbəkəsi böyüyür, yeni filiallar açılır. Gəlirlərin həddən artıq artdığını görən Natiq Sadıqov gizli şəkildə həm maliyyə, həm də digər məsələlərdə maxinasiyalara yol verir. Bununla bağlı hətta iclasların birində bütün bunlar açıq müzakirə olunur və Aqil Babayev Natiq Sadıqov və dəstəsinin oğurluqlarını ifşa edi. Bu faktları həmin dövrdə “Şaurma N1” restoranlar şəbəkəsində çalışanlar da təsdiq edir. Həmin şəxslərin fikirlərin sizə təqdim edirik:
Ceyhun Məhərrəmov: “İinanıram ki, haqq öz yerini tapacaq!”
2004-cü ildən “Şaurma N1”da işləmişəm. 2007-ci ildə isə adminstrator kimi idarəçilik mənə verildi. 2009-cu ildə isə Natiq Sadıqov Aqil Babayevi şərik kimi işçilərə təqdim etdi və şəxsən mənə tapşırıldı ki, hesabatı bu iki şəxsə verim. Bu illər ərzində bu gün Aqil Babayevi ittiham edənlərin böyük əksəriyyətini məhz o özü işə götürüb. Bütün personal Aqil Babayevin işçilərin necə qayğısına qaldığının, onların yanında olduğunun şahididir. Aqil Babayevin tapşırığı ilə sıxıntısı, problemi olan işçilər müəyyənləşdirilir və hər ay onlara əmək haqqından əlavə ödənişlər olunurdu. Bu gün Aqil Babayevi ittiham edən dəstə 2010-cu ildə Natiq Sadıqovdan şikayət edirdi ki, bizlə sərt davranır. Hətta Natiq Sadıqovun gəlib obyektdə çörək yeyən və hesab ödəməyən dostları haqda Aqil Babayevə şişirdilmiş yalanlar deyirdilər. İş o yerə çatmışdı ki, bir obyektdəki təmiri yoxlamağa gedəndə heç Natiqin özünü ora buraxmamışdılar. Yəni Natıq Sadıqovu sayan yox idi, bütün ideyaları, lazımi işləri Aqil Babayev həyata keçirirdi. Elə Aqil Babayevin fəaliyyətinin nəticəsində bizim 2-3 obyektimiz böyük bir şəbəkəyə çevrildi. Bütün bunlar Natiqdə paxıllıq yaradırdı və o Aqil Babayevi qısqanmağa başladı.Bütün bunlar iclaslarımızda da müzakirə olunub və həmin iclasların audio yazıları var. Mən inanıram ki, haqq öz yerini tapacaq!
Məmməd İsgəndərov: “Aqil Babayevin şərikliyindən sonra müsbətə doğru xeyli dəyişiklik oldu”
2008-ci ildən 2021-ci ilədək “Şaurma N1” restoranlar şəbəkəsində kassir vəzifəsində çalışmışam. Bəzi illərdə filial müdiri işləmişəm. Bu illər Natıq Sadıqovla Aqil Babayevin şəriklik dövrünə təsadüf edir. Aqil Babayevin şərikliyindən sonra iş prosesində müsbətə doğru xeyli dəyişiklik oldu. İş saatları stabilləşdi, əməkhaqqı artırıldı, işçilərə diqqət, qayğı göstərilməyə başlandı. Xüsusi özəl günlərdə işçilərə əlavə maddi dəstək edilirdi. Bunun nəticəsində iclaslarda da hər kəs görürdü ki, Natiq Sadıqov Aqil Babayevlə tam hesablaşır. Bütün fəaliyyət məhz Aqil Babayevin tapşırıqları əsasında həyata keçirilirdi.
Elvin İbrahimov: “Aqil Babayevi hər kəs xeyirxah insan kimi tanıyıb”
Mən 2008-ci ildən 2020-ci ilədək ilədək “Şaurma N1” restoranlar şəbəkəsində dəyişən kassir və əsas kassir vəzifəsində çalışmışam. Personalı və rəhbərliyi tanımışam.Aqil Babayevi də Şaurma N1 restoranlar şəbəkəsinin sahibi, şəriki kimi tanımışam. Aqil Babayevi hər kəs xeyirxah insan kimi tanıyıb.
Aydın Mirzəzadə: “Aqil Babayev səriştəli biznesmen kimi özünü təsdiqlədi”
Mən 2008-2012-ci illərdə “Şaurma N1” restoranlar şəbəkəsində ofisant işləmişəm. İşlədikdən bir müddət sonra Aqil Babayevin şərikliyi haqqında bizə məlumat verildi. Aqil Babayevin şərikliyi ilə işlərin təkmilləşdiyinin şahidi olmuşam. Adicə müştərilərdən sifarişin qəbul olunmasında belə ciddi irəliləyiş baş verdi. İşimiz tam kampüter sisteminə keçdi, elektronlaşdı. Əməkhaqlarında artım oldu, iş saatları qaydaya salındı.Aqil Babayev səriştəli biznesmen kimi özünü təsdiqlədi. (anaxeber.info)