“Şaurma N1”lə bağlı ifadə verən qazini belə döydülər – AİLƏSİNİN YANINDA + VİDEO

2022-06-01 13:09:00

“Şaurma N1”lə bağlı ifadə verən qazini belə döydülər – AİLƏSİNİN YANINDA + VİDEO

Qazi Ceyhun Məhərrəmov mayın 3-də axşam saatlarında yaşadığı evin girişində bir qrup şəxsin hücumuna məruz qalıb.

Hurriyyet.az-ın məlumatına görə, APA TV-nin qaynar xəttinə müraciət edən Ceyhun Məhərrəmov bildirib ki, bir qrup şəxs onu evinin qarşında, ailəsinin gözü önündə döyüb.

Ceyhun Məmmədovun sözlərinə görə, ondan “Şaurma N1” restoranının şəriki Aqil Babayevin cinayət işi üzrə istintaqa verdiyi ifadəni geri götürməyini tələb edirlər.

Ceyhun Məhərrəmovun deyir ki, ondan Aqil Babayevin adını “Şaurma N1“ restoranının şəriki qismində göstərməməyi tələb edirlər.

Xatırladaq ki,  “Şaurma N1” restoranının VÖEN və patent hüququ Ceyhun Məhərrəmova məxsusdur. Restoranlar şəbəkəsinin sahibləri arasında bir müddətdir ki, məhkəmə çəkişməsi davam edir.

Qeyd edək ki, sosial şəbəkələrdə Ceyhun Məhərrəmovun əslində qazi olmadığı haqqında məlumatlar yayılıb. Zərərçəkən bütün bu iddiaların əsassız olduğunu deyir. Çünki onun bu statusu barədə rəsmi sənədlər var, eyni zamanda “Şəhid ailələri, əlillər, müharibə veteranlarının müdafiəsi” İctimai Birliyinin üzvüdür. Cəmiyyətə üzv olan digər Vətən müharibəsi iştirakçıları da Ceyhun Məhərrəmovun döyülməsini həssaslıqla qarşılayıblar. 

Hazırda isə Ceyhun Məhərrəmovun bir istəyi var. Bu işdə əli olan şəxslərin intintaqa cəlb edilməsi.

Ceyhun Məhərrəmov hadisə ilə bağlı polisə şikayət etdiyini bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, hazırda müraciət üzrə müvafiq araşdırma aparılır. Araşdırmanın və ekspertiza rəyinin nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya