Satışda olan çiyələk, alça və pomidor bu xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ

2022-04-20 11:42:00

Satışda olan çiyələk, alça və pomidor bu xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ

"Çiyələk və alça uşaqlarda mədə-bağırsaq pozğunluğu yaradır”.

Bunu açıqlamasında pediatr Vaqif Qarayev bildirib. Həkim sözügedən giləmeyvələrin mövsümündə xeyirli olacağını qeyd edib:

"Uşaq orqanizmi üçün bu meyvələr mövsümündə faydalı olur. Hazırda satışda olan çiyələk və alça istixana məhsullarıdır. Bu meyvələrə yaxşı görünüşə malik olsunlar deyə kimyəvi maddələr vurublar. Ona görə də belə vaxtlarda çiyələk və alçanın faydasından əsər qalmır. Təbii yolla yetişdirilən çiyələk və alça sağlamlığa çox faydalıdır. Tərkibi vitamin və mikroelementlərlə zəngin olan bu giləmeyvələr diş əti, mədə-bağırsaq, tənəffüs sistemi problemlərini aradan qaldırır".

Süni şəkildə yetişdirilən meyvələrin ziyanından danışan pediatr hazırda bazarda olan pomidorların da təhlükəli olduğunu diqqətə çatdırıb:

"Süni yolla yetişdirilən qida sadəcə xoş görüntüyə malik olur, dadı isə yoxdur. İstixanada süni yolla yetişdirilən məhsullar mədə-bağırsaq sistemini pozur, allergik problemləri artırır. Baxırsan ki, bazarda satılan pomidorlar da qıpqırmızıdır. Necə ola bilər ki, bu ayda pomidor o cür qızarsın? Bir qidanı nə qədər optimal temperaturda saxlasan belə, tərkibinə kimyəvi maddə vurulmasa, o cür qırmızı olmaz. Bu kimi məsələlərə diqqət yetirmək lazımdır”.

Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya