Şarl Mişel Azərbaycana GƏLİR
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel gələn həftə Azərbaycana səfər edəcək.
Hurriyyet.az-ın məlumatına görə, o, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP) iştirak edəcək.
Məlumata görə, Avropa İttifaqını (Aİ) Mişel və təşkilatın iqlim siyasəti üzrə komissatı təmsil edəcək.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldəki siyasi proseslərə görə COP29 iqlim sammitində iştirak etməyəcək. Bildirilir ki, komissiya keçid mərhələsində olduğu üçün Leyen öz institusional vəzifələrinə diqqət yetirəcək.
Xatırladaq ki, artıq 100-dən çox dövlət və hökumət başçısı Azərbaycanda keçiriləcək tədbirdə iştirak edəcəklərini təsdiqləyib.
COP29 konfransı noyabrın 11-22-də, liderlər sammiti isə noyabrın 11-13-də keçiriləcək.
Modern.az