Saat:07:38
Haqqımızda

Sarkisyan Qarabağ gerçəyi ilə barışdı: - “Ermənilərin başqa vəzifəsi var”

2022-05-09 11:52:00

Sarkisyan Qarabağ gerçəyi ilə barışdı: - “Ermənilərin başqa vəzifəsi var”

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan müxalifətin mitinqinin keçirildiyi “Fransa” meydanına gedib.

Onu Müqavimət hərəkatının liderlərindən biri Artur Vanetsyan qarşılayıb.

Hurriyyet.az cebhe.info-ya istinadən xəbər verir ki, Sarkisyan orada jurnalistlərin suallarını cavablandırıb. Onlardan birinin “Şuşanı qaytarmağın mümkün olub-olmaması” barədə sualına cavabında Sarkisyan belə deyib:

“Ermənilərin bu gün başqa vəzifəsi var. Bu insanları (Paşinyanın komandasını nzərədə tutur-red.) hakimiyyətdən uzaqlaşdırmaq və ciddi problemlərlə məşğul olmaq”.

Göründüyü kimi, Sarkisyan Azərbaycanın işğal altındakı torpaqlarını azad etdiyi gerçəyi ilə barışıb və həmin torpaqların yenidən ermənilər tərəfindən işğalının mümkünsüz olduğunu dərk etdiyindən suala birbaşa cavabdan yayınıb.

Xatrladaq ki, mayın 2-də İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR